​Bu il "Asan Xidmət" vasitəsilə "Azərsu"ya 4,5 min müraciət daxil olub

​Bu il "Asan Xidmət" vasitəsilə "Azərsu"ya 4,5 min müraciət daxil olub Ən çox müraciət Sabunçu rayonundakı 4 saylı "ASAN Xidmət" mərkəzində qeydə alınıb
İnfrastruktur
16 Aprel , 2016 09:13
​Bu il Asan Xidmət vasitəsilə Azərsuya 4,5 min müraciət daxil olub

Bakı. 16 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 4 523 müraciət daxil olub. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Müraciətlərin 797-i qeydiyyatda olan və “Azərsu” ASC-nin abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı olub. Bununla yanaşı, 813 müraciət abonent məlumatlarına dəyişikliklərin edilməsi, 921 müraciət itirilmiş və zədələnmiş kartların bərpası, 423 müraciət ödəniş zamanı yaranan texniki problemlər, 762 müraciət isə smart-kartlara yükləmələr haqqında məlumatların verilməsi, 807 müraciət isə digər məsələlərlə bağlı olub.

Ən çox müraciət Sabunçu rayonundakı 4 saylı "ASAN Xidmət" mərkəzində qeydə alınıb ki, bu müraciətlərin sayı 1 545 olub.

Qeyd edək ki, “ASAN Xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından etibarən başlanılıb. Hazırda “Azərsu”nun xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3, Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, həmçinin Sumqayıt və Sabirabad şəhələrindəki “ASAN Xidmət” mərkəzlərində təşkil olunub.

Ümumilikdə “ASAN Xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə başlanılandan ötən dövr ərzində müraciətlərin sayı 30 mini keçib. 

Son xəbərlər

Orphus sistemi