Bu il "ASAN xidmət"lə "Azərsu"nun xidmətlərinə 7 min müraciət qeydə alınıb

Bu il "ASAN xidmət"lə "Azərsu"nun xidmətlərinə 7 min müraciət qeydə alınıb A.Cəbrayıllı "Azərsu"nun bütün xidmətlərinin elektronlaşdırılması prosesinin sürətlə getdiyini açıqlayıb
İnfrastruktur
9 İyun , 2015 16:05
Bu il ASAN xidmətlə Azərsunun xidmətlərinə 7 min müraciət qeydə alınıb

Bakı. 9 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında "ASAN xidmət" vasitəsilə "Azərsu" ASC-nin xidmətlərindən 7 mindən artıq abonent istifadə edib. "Report" xəbər verir ki, bunu "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllı "Azərsu"nun bütün xidmətlərinin elektronlaşdırılması prosesinin sürətlə getdiyini açıqlayıb: "Azərsu" 2014-cü ilin aprelindən "ASAN xidmət"ə qoşulub və hazırda 10 xidmətimiz fəaliyyət göstərir. Ötən il bu xidmərlərə görə 10 mindən çox müraciət daxil olub. Bu il isə 70%-dən çox artıb. Təkcə 5 ay ərzində 7 mindən artıq müraciətə baxılıb".

"Azərsu" sözçüsü həmçinin təmsil etdiyi qurumun abonentlərin məlumat bazasının yenilənməsinin elektron şəkildə həyata keçirilməsinə başladığını qeyd edib: "Ötən ildən yeni Müştəri İnformasiya Sisteminin tətbiqinə başladıq. Pilot layihə kimi bu işlərə 2014-cü ilin oktyabrın 1-dən Yasamal rayonunda başlanılıb. Bu ilin yanvarından Nərimanov, martdan isə Binəqədidə həmin layihənin tətbiqinə başladıq. İndi isə bu layihənin tətbiqinə Səbaildə başlamışıq. Bu sistemdə hər bir detal nəzərə alınıb. Məsələn, əgər abonent 955 Qaynar Xəttə müraciət edirsə, avtomatik bu müraciət qeydə alınır və problemin həll edilməsi üçün ayrılan işçinin belə nə vaxt və necə həmin problemi həll etdiyi göstərilir".

Son xəbərlər

Orphus sistemi