Bu gündən Bəsti Bağırova küçəsi ilə hərəkət qismən məhdudlaşdırılacaq

Bu gündən Bəsti Bağırova küçəsi ilə hərəkət qismən məhdudlaşdırılacaq Bu küçədə məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq
İnfrastruktur
30 İyun , 2017 12:20
Bu gündən Bəsti Bağırova küçəsi ilə hərəkət qismən məhdudlaşdırılacaq

Bakı. 30 iyun. REPORT.AZ/ Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhəri Yasamal rayonunun Bəsti Bağırova küçəsi ilə (İnşaatçılar pr-ti ilə C.Cabbarlı küçəsi arasında) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən qismən məhdudlaşdırılacaq.

"Report" xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

"Sözügedən küçədə məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq. Vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyirik", - deyə şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi