Yuxarı
    Bağlamaq

    Bu gündən Bakı-Sumqayıt elektrik qatarlarında plastik ödəniş kartları tətbiq ediləcək

    Bakı. 13 avqust. REPORT.AZ/ Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarından istifadə edən sərnişinlərin məmnunluğunun təmin edilməsi və sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi məqsədi ilə bu gündən etibarən həmin qatarlarda bilet satışı sistemi ilə yanaşı elektron plastik ödəniş kartları tətbiq ediləcək.

    "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) "Report"a verilən məlumata görə, yeni ödəniş sistemində sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq vəsait kartın balansından silinəcəkdir. Başqa sözlə, hər dəfə kassadan bilet almağa ehtiyac olmayacaqdır. Bir plastik kart bir sərnişin üçün nəzərdə tutulub.

    Elektron plastik ödəniş kartlarını Bakı-sərnişin, Biləcəri, Xırdalan, Sumqayıt stansiyalarının bilet kassalarında əldə etmək olar.

    Elektron plastik ödəniş kartları biznes-klass vaqonlarda gediş zamanı müvəqqəti olaraq tətbiq edilmir. Biznes-klass vaqonu ilə səfər edəcək sərnişinlər bilet kassalarından və ya köşklərdən gediş sənədini (bileti) əldə etməlidirlər.

    Qeyd edək ki, gediş kartından istifadə qaydaları ilə ADY-nin www.ady.az saytında tanış olmaq olar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi