Bakı. 14 iyul. REPORT.AZ/ Bu gün Bakı şəhərinin Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsinə suyun verilişində fasilə olacaq.
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı "Report"a bildirib ki, su verilişində yaranacaq məhdudiyyətlər qeyd edilən ünvanda yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi ilə bağlı tətbiq ediləcək.