​Bu gün Suraxanı rayonunda su problemi olacaq

​Bu gün Suraxanı rayonunda su problemi olacaq Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar suyun verilməsi dayandırılıb
İnfrastruktur
18 Fevral , 2015 11:07
​Bu gün Suraxanı rayonunda su problemi olacaq

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün Bakı şəhəri Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən "Report"a verilən məlumata görə, rayonun Qaraçuxur qəsəbəsinin Cəlal Qurbanov küçəsindən keçən 500 mm magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar "+ 98 Şərq" anbarından magistral xəttə suyun verilişi dayandırılıb. Bununla əlaqədar fevralın 18-də gün ərzində Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi