Bu gün Krasnoyarskdan Bakıya yeni aviareys açılır

Bu gün Krasnoyarskdan Bakıya yeni aviareys açılır Reyslər oktyabr ayının 4-dək davam edəcək
İnfrastruktur
19 İyul , 2017 09:46
Bu gün Krasnoyarskdan Bakıya yeni aviareys açılır

Bakı. 19 iyul. REPORT.AZ/ Bu gün Rusiyanın Krasnoyarsk şəhərindən (Yemelyanov Beynəlxalq Hava Limanı) Bakıya yeni bir birbaşa aviareys açılır.

"Report" xəbər verir ki, uçuşları "Nordwind Airlines" aviaşirkəti (Rusiya) həyata keçirəcək.

Reyslər oktyabrın 4-dək davam edəcək.

Qeyd edək ki, "Nordwind" aviaşirkəti hər həftənin çərşənbə günü uçuş təşkil edəcək. Krasnoyarskdan uçuş yerli vaxtla saat 11:50-də (Bakıya çatma - 14:05), əks istiqamətdə isə Bakı vaxtı ilə saat 16:25-də (çatma - 00:10) "Boeing 737-800" tipli təyyarələrlə yerinə yetiriləcək.

Xatırladaq ki, hazırda "İrAero" aviaşirkəti də Krasnoyarskdan Bakıya uçuşlar həyata keçirir.

Krasnoyarsk-Bakı marşrutu üzrə ilk uçuş iyunun 21-də baş tutub. Birinci reysdə hava gəmisinin yüklənməsi 100% olub. Bu istiqamət üzrə uçuşlar yay cədvəlinin sonunadək (oktyabrın 25-dək) davam edəcək.

"Nordwind Airlines" 2008-ci ildən fəaliyyət göstərir və 11 ölkənin 52 şəhərinə uçuşlar yerinə yetirir.

Son xəbərlər

Orphus sistemi