İsmayıllıda yolun çökməsi ilə əlaqədar alternativ yol çəkilir

İsmayıllıda yolun çökməsi ilə əlaqədar alternativ yol çəkilir Yeni yol hissəsi 5 km-lik ərazini əhatə edəcək və sürüşmə zonasını kənardan keçəcək
İnfrastruktur
1 İyun , 2016 17:46
İsmayıllıda yolun çökməsi ilə əlaqədar alternativ yol çəkilir

Bakı. 1 iyun. REPORT.AZ/ İsmayıllı rayonu Basqal-Sulut avtomobil yolunda baş vermiş sürüşmə ərazisinə alternativ yolun çəkilişi işlərinə başlanılıb. Yeni yol hissəsi 5 km-lik ərazini əhatə edəcək və sürüşmə zonasını kənardan keçəcək.

"Azəravtoyol" ASC-dən "Report"a verilən məlumata görə, işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, bu gün Basqal-Sulut yolunun 10-cu kilometrliyində qeydə alınmış sürüşmə nəticəsində yolun təqribən 100-150 metrlik hissəsi çöküb. Sürüşmə yolun keçdiyi dağ yamacında böyük bir ərazini əhatə edir.

Uzunluğu 13 km, eni isə təqribən 4-5 metr olan Basqal-Sulut yolu çınqıl örtüklüdür.

Son xəbərlər

Orphus sistemi