Bu gün Bakının bir neçə avtomobil yolu bağlanacaq

Bu gün Bakının bir neçə avtomobil yolu bağlanacaq Yollara xüsusi xətlər çəkiləcək
İnfrastruktur
14 Aprel , 2017 11:23
Bu gün Bakının bir neçə avtomobil yolu bağlanacaq
Report

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün axşam saatlarına qədər Bakının Nizami rayonunda, Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsinə düşən avtomobil körpüsündə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

"Azəravtoyol” ASC -dən "Report"a daxil olan məlumata görə, buna səbəb avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işlərinin davam etdirilməsidir.

"Bu gün axşam saat 22:00-dan başlayaraq səhər saatlarına qədər isə rənglənmə işləri paytaxtın Nərimanov və Xətai rayonlarında, "Ramstore" yol qovşağında (10-cu zavod dairəsi) aparılacaq. Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma işlərin aparıldığı zolaqlar üzrə tətbiq ediləcək. Digər zolaqlar üzrə isə hərəkət açıq olaraq qalacaq.  "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi