Bu gün Bakının bəzi hissələrinə su verilməyəcək

Bu gün Bakının bəzi hissələrinə su verilməyəcək Məhdudiyyət yeni magistral su kəmərinin sistemə qoşulması ilə bağlıdır
İnfrastruktur
4 Mart , 2016 09:48
Bu gün Bakının bəzi hissələrinə su verilməyəcək

Bakı. 4 mart. REPORT.AZ Bu gün gün ərzində Bakıda Şuşa məcburi köçkün şəhərciyinə, Zabrat qəsəbəsinin şərq hissəsinə, Ramana Südçülük Sovxozu adlanan əraziyə, Heydər Əliyev Hava Limanı yolunun sağ və sol hissələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a daxil olan xəbərə görə, suyun kəsilməsi Maştağa və Ramana anbar komplekslərini birləşdirən yeni magistral su kəmərinin (1 020 mm diametrli) sistemə qoşulması işləri ilə əlaqədar həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi