​Bu gün Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

​Bu gün Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq Küçələrdə rənglənmə işləri aparılacaq
İnfrastruktur
2 İyun , 2016 10:16
​Bu gün Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Bakıda saat 11:00-dan etibarən Nərimanov rayonu Əliyar Əliyev, axşam saat 23:00-dan isə Ağa Nemətulla küçələrində rənglənmə işləri aparılacaq.

“Report”un “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinə istinadən verdiyi xəbərə görə, bir neçə saat davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq (küçələr bağlanmayacaq).

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və sözügedən küçələrdə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi