Bakı. 20 aprel. REPORT.AZ/ Bakı şəhəri
"Report"un xəbərinə görə, bu haqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Eyni zamanda, aprelin 20-dən 21-nə keçən gecə Heydər Əliyev prospektinin köməkçi yolunun Böyükşor yol qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti, əsas yoldan və Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.