Bakı. 20 iyun. REPORT.AZ/ Bu gün saat 05.30-dan 21.00-a qədər Bakının bəzi mərkəzi yollarında nəqliyyatın hərəkəti tam və ya qismən məhdudlaşdırılır. "Report" xəbər verir ki, bu, "
Belə ki, Azadlıq Meydanından başlayacaq və orada başa çatacaq yol velosiped yarışı şəhər mərkəzində Üzeyir Hacıbəyli küçəsi, Bül-Bül prospekti, Rixard Zorge küçəsi, Rəşid Behbudov küçəsi, Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, Əziz Əliyev küçəsi, İstiqlaliyyət prospekti, Lermontov küçəsi, Teymur Elçin küçəsi, Mehdi Hüseyn küçəsi, Parlament prospekti, Landau küçəsi, Abbasqulu Ağa Bakıxanov küçəsi, Səməd Vurğun küçəsi, Şəmsi Bədəlbəyli küçəsi, İnşaatçılar prospekti və Hüseyn Cavid prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Qeyd edək ki, yol velosiped yarışının marşrutu boyunca nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək. Həmin yol kəsişmələrinə yol polisi tərəfindən nəzarət ediləcək.
Yol velosiped yarışının marşrutu boyunca nəqliyyat vasitələrinin parklanmasına icazə verilməyəcək. Yol velosiped yarışının marşrutu və nəqliyyatın hərəkətinin məhdudlaşdırılan yollar barədə tam məlumat xəritədə göstərilib.