Bu gün Bakı metrosunda yenilik olacaq

Bu gün Bakı metrosunda yenilik olacaq Metronun bütün stansiyalarında məşhur cazmen Vaqif Mustafazadənin musiqiləri səsləndiriləcək
İnfrastruktur
16 Mart , 2016 10:57
Bu gün Bakı metrosunda yenilik olacaq

Bakı. 16 mart. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC daha bir yenilik edib. QSC-dən "Report"a verilən məlumata görə, Vaqif Mustafazadənin doğum günündə QSC və 106.3 FM radiosunda məşhur cazmenin xatirəsinə həsr edilmiş xüsusi proqram keçiriləcək. 

Belə ki, bu gün saat 15:00-dan etibarən Bakı metrosunun bütün stansiyalarında Vaqif Mustafazadənin musiqiləri səsləndiriləcək. Milli cazı 3 saatdan artıq davam edəcək proqramda təqdim ediləcək. 

Son xəbərlər

Orphus sistemi