Bu gecə Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq

Bu gecə Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq Ərazidə yeni üfüqi nişanlanma xətləri çəkiləcək
İnfrastruktur
6 Oktyabr , 2017 09:54
Bu gecə Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq
Report

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, Niyazi küçəsində, həmçinin Neftçilər prospektinin Azneft dairəsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində yeni üfüqi nişanlanma xətləri çəkiləcək. 

"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, qeyd edilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.

"Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi