Bu axşam İnşaatçılar və Tbilisi prospektlərində yol bağlanacaq

Bu axşam İnşaatçılar və Tbilisi prospektlərində yol bağlanacaq Həmin yollarda piyada keçidləri rənglənəcək
İnfrastruktur
19 Aprel , 2017 17:05
Bu axşam İnşaatçılar və Tbilisi prospektlərində yol bağlanacaq

Bakı. 19 aprel. REPORT.AZ/ Bu axşam saat 22:00-dan etibarən Yasamal rayonu İnşaatçılar və Tbilisi prospektlərində rəngləmə işləri aparılacaq.

"Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, bu, Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində icra ediləcək.

"Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi