Bu axşam Bakının iki rayonunda yolcizgi xətləri yenidən rənglənəcək

Bu axşam Bakının iki rayonunda yolcizgi xətləri yenidən rənglənəcək Eyni tədbirlər Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində görüləcək
İnfrastruktur
28 Aprel , 2017 15:30
Bu axşam Bakının iki rayonunda yolcizgi xətləri yenidən rənglənəcək
Report

Bakı. 28 aprel. REPORT.AZ/ Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Müvafiq işlər bu axşam saat 22:00-dan etibarən Nərimanov rayonu, Ağa Neymətulla küşəsində, Səbail rayonunun isə Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində davam etdiriləcək. 

Bu, “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumatda bildirilib.  

"İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub. "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir", - məlumatda əlavə edilib.

Son xəbərlər

Orphus sistemi