Bu axşam Bakının əsas yollarından biri bağlanacaq

Bu axşam Bakının əsas yollarından biri bağlanacaq Həmin yolda təmir işləri martın 7-nə qədər davam edəcək
İnfrastruktur
6 Mart , 2015 11:45
Bu axşam Bakının əsas yollarından biri bağlanacaq

Bakı.  6 mart. REPOERT.AZ / Bu axşam Bakının Heydər Əliyev prospektinin köməkçi yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə  "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.

O, bildirib ki, paytaxtın Heydər Əliyev prospektinin Böyük Şor qovşağından şəhər istiqamətində, "Bazarstore" Ticarət Mərkəzinin qarşısındakı yol qovşağınadək (“Ramstore” yol qovşağı) qədər olan köməkçi hissəsi təmir işləri ilə əlaqədar bu gün saat 21:00-dan etibarən bağlanacaq.

Təmir işlərinin martın 7-də səhər saatlarında başa çatdırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi