Bu axşam Bakının bəzi mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

Bu axşam Bakının bəzi mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq Həmin yollarda piyada keçidləri rənglənəcək
İnfrastruktur
31 Mart , 2017 17:11
Bu axşam Bakının bəzi mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq
Report.az

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün saat 22:00-dan səhər saatlarınadək Üzeyir Hacıbəyli küçəsinin Yusif Səfərov küçəsi ilə Azadlıq prospekti arasında yerləşən hissəsində, həmçinin Zərifə Əliyeva küçəsinin Azadlıq və Neftçilər prospektləri arasında olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu, "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda bildirilib. 

“Bu, Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi ilə əlaqədar icra olunur", - deyə məlumatda qeyd edilib. 

Yol təsərrüfat orqanı sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməyi tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi