Bakı. 31 mart. REPORT.AZ/ Bu gün saat 22:00-dan səhər saatlarınadək Üzeyir Hacıbəyli küçəsinin Yusif Səfərov küçəsi ilə Azadlıq prospekti arasında yerləşən hissəsində, həmçinin Zərifə Əliyeva küçəsinin Azadlıq və Neftçilər prospektləri arasında olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu, "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda bildirilib.
“Bu, Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi ilə əlaqədar icra olunur", - deyə məlumatda qeyd edilib.
Yol təsərrüfat orqanı sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməyi tövsiyə edir.