Bu axşam Bakıda bir neçə yolda cizgi xətləri rənglənəcək

Bu axşam Bakıda bir neçə yolda cizgi xətləri rənglənəcək "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir
İnfrastruktur
27 Aprel , 2017 17:19
Bu axşam Bakıda bir neçə yolda cizgi xətləri rənglənəcək
Report

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

Bu, "Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumatda qeyd edilib. 

"Müvafiq işlər bu axşam saat 22:00-dan etibarən Nərimanov rayonu, Ağa Neymətulla küçəsində, Səbail rayonunun isə Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində aparılacaq. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub. "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi