Yuxarı
    Bağlamaq

    ​"British Airways" yeni kampaniya keçirir

    Aviabiletlərin etibarlılıq müddəti noyabrın sonuna qədər davam edəcək

    Bakı. 6 may. REPORT.AZ/ "British Airways" aviaşirkəti "WorldTraveller" və "ClubWorld" sinifləri üçün (12 yaşadək olan uşaqlar üçün) kampaniya keçirir. Bu gün əldə ediləcək biletlə noyabrın 30-na qədər səhayət etmək mümkün olacaq.

    "Report"un "British Airways"ə istinadən yaydığı məlumata görə, Azərbaycandan Floridaya Londonun "Hitrou" hava limanı üzərindən uçuşun qiyməti "WorldTraveller" sinfində 732 avroya, "ClubWorld"da isə 2 702 avroya reallaşdırılacaq.

    Bundan başqa, Azərbaycandan Parisə "Hitrou" hava limanı üzərindən uçuşun qiyməti "World Traveller" sinfində 440 avro, "Club World"da isə 1 563 avroya yerinə yetiriləcək.

    Azərbaycandan Londona "WorldTraveller" sinfində uçuş 414 avroya, "ClubWorld"da 1 615 avroya reallaşdırılacaq.

    Azərbaycandan San-Diyeqoya "Hitrou" hava limanı üzərindən uçuş "World Traveller"da 882 avro, "ClubWorld" da 3 456 avroya təklif edilir.

    Azərbaycanda Romaya "Hitrou" aeroportu vasitəsilə "WorldTraveller" sinfində uçuş 434 avroya, "Club World"da isə 1 517 avroya yerinə yetiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi