"British Airways" Azərbaycan bazarından gedir

"British Airways" Azərbaycan bazarından gedir Aviaşirkət London-Bakı marşrutu üzrə uçuşları apreldən dayandırır
İnfrastruktur
15 Mart , 2016 10:56
British Airways Azərbaycan bazarından gedir

Bakı. 15 mart. REPORT.AZ/ Böyük Britaniyanın “British Airways” aviaşirkəti London-Bakı-London istiqaməti üzrə aviauçuşları dayandırır. 

Məsələ ilə bağlı şirkətdən "Report"a verilən məlumata görə, “British Airways” daimi olaraq öz marşrut şəbəkisini nəzərdən keçirir: "Bu, marşrutları müştərilərin ehtiyacı ilə uyğunlaşdırmaq məqsədilə həyata keçirilir. Aparılan təhlil onu göstərir ki, London-Bakı-London marşrutu üzrə uçuşlar kommersiya baxımından səmərəli deyil". 

"Biz qərara gəldik ki, kommersiya əlverişsizliyi səbəbindən Londonun “Heathrow” aeroportundan Bakıya uçuşları dayandıraq. “Heathrow”dan sonuncu uçuş 29 aprel 2016-cı il tarixində yerinə yetiriləcək və həmin gün Bakıdan Londona sonuncu aviareys həyata keçiriləcək. Səyahət planlarının pozulmasına görə müştərilərimizdən üzr istəyirik və qeyd etmək istərdik ki, göstərilən tarixdən sonra səyahət planlaşdıran müştərilərimizə aviabilet üzrə ödəniş tam geri qaytarılacaq”, - deyə aviaşirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi