"British Airways" Azərbaycan bazarını tərk edib

"British Airways" Azərbaycan bazarını tərk edib Şirkətin Azərbaycan nümayəndəliyi ləvğ olunub
İnfrastruktur
10 Noyabr , 2016 09:55
British Airways Azərbaycan bazarını tərk edib

Bakı. 10 noyabr. REPORT.AZ/ "British Airways Plc." şirkətinin Azərbaycan nümayəndəliyi ləğv olunub.

Bu barədə "Report"a Vergilər Nazirliyindən məlumat verilib.

Qeyd edilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi, ev 8, "Hyatt Tower -2" (VI mərtəbə) ünvanına bildirə bilərlər.

"British Airways" aviaşirkəti sərnişin və yük daşımaları həyata keçirir. Dünyanın təxminən 400 istiqamətinə uçuşlar yerinə yetirir.

Xatırladaq ki, şirkət bu ilin aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.

Son xəbərlər

Orphus sistemi