​Böyük Bakının Regional İnkişaf Planına rəhbər axtarılır

​Böyük Bakının Regional İnkişaf Planına rəhbər axtarılır BBRİP-nin İcra Qrupunda vakansiya elan edilib
İnfrastruktur
24 Avqust , 2015 12:30
​Böyük Bakının Regional İnkişaf Planına rəhbər axtarılır

Bakı. 24 avqust. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) Böyük Bakının Regional İnkişaf Planı (BBRİP) layihəsinin İcra Qrupu üçün vakansiya elan edib. 

DŞAK-dan "Report"a verilən məlumata görə, Komitə layihənin İcra Qrupu üçün layihə rəhbəri axtarır. Bunun üçün namizəddən BBRİP-nin icrası ilə əlaqədar gündəlik işlərin həyata keçirilməsində Layihə İcra Qrupu (LİQ) heyətinin idarə edilməsi və ona rəhbərlik etmək, BBRİP-nin icrası ilə əlaqəli bütün məsələlərdə DŞAK ilə Dünya Bankı arasında əlaqənin qurulması, LİQ-in gündəlik fəaliyyətlərinə nəzarət edilməsi, fəaliyyət effektivliyinin qiymətləndirilməsi (o cümlədən, heyətin fəaliyyətinin qiymətləndirilməsi və rəy bildirilməsi), zəruri olduqda dəyişiklik edilməsi ilə bağlı tövsiyələrin verilməsi, LİQ-in səmərəli fəaliyyətinin və qrupun öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə qurğuların, avadanlıqların və digər resursların satın alınması, LİQ əməkdaşlarının sahələrinə uyğun olaraq qısa və ya uzunmüddətli təlimlərə göndərilməsi məsələləri ilə bağlı işlərin yerinə yetirilməsi, Tender Komissiyasının üzvü kimi, o cümlədən qiymətləndirmə prosesində iştirak edilməsi, habelə layihə fəaliyyətinin vəziyyətini mütəmadi şəkildə monitorinqinin (icra planları və qrafiklərinin, ödəniş proqnozlarının hazırlanması və yenilənməsi yolu ilə) təmin edilməsi, o cümlədən Kredit Müqaviləsi şərtlərinə və Layihə əsasında digər hesabat tələblərinə uyğun olaraq müfəssəl icra hesabatlarının hazırlanması və təqdim olunması tələb olunur.

Qeyd edək ki, müvafiq sahədə ən azı 10 il iş təcrübəsi də tələb edilir. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-lərini və diplomlarının surətini sentyabrın 10-dək Layihə İcra Qrupunun administrativ meneceri Amin Məmmədova təqdim etməlidirlər.

Xatırladaq ki, Azərbaycan 2007-ci ildə Dünya Bankı ilə Böyük Bakının Regional İnkişaf Planının hazırlanması üçün kredit sazişi imzalayıb. 2009-cu ilin mart ayında kredit sazişinə əlavə edilmiş və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Böyük Bakının Regional İnkişaf Planının icrası üçün cavabdeh qurum təyin edilib. Plan Komitə tərəfindən hazırlanıb və 2014-cü ildə təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Dövlət Komitəsində yaradılmış Layihə İcra Qrupu layihənin idarə edilməsinə və layihə üzrə 31 dekabr 2016-cı il kredit sazişinin bitmə müddətinə qədər Böyük Bakının Regional İnkişaf Planının layihəsi çərçivəsində nəzərdə tutulan işlərin davam etdirilməsinə cavabdehdir.

Son xəbərlər

Orphus sistemi