Bolqarıstan və Yunanıstan Azərbaycanda birgə logistika mərkəzi açacaq

Bolqarıstan və Yunanıstan Azərbaycanda birgə logistika mərkəzi açacaq Burqas və Aleksandrupolis şəhərlərinin merləri bu barədə qərar qəbul ediblər
İnfrastruktur
2 Mart , 2017 12:14
Bolqarıstan və Yunanıstan Azərbaycanda birgə logistika mərkəzi açacaq

Bakı. 2 mart. REPORT.AZ/ Bolqarıstan və Yunanıstan Azərbaycanda birgə logistika mərkəzi yaratmaq niyyətindədir. "Report"un Bolqarıstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu məsələ Burqas şəhərinin (Bolqarıstan) meri Dimitr Nikolov və Aleksandrupolis şəhərinin (Yunanıstan) meri Vangelis Lambakisin görüşü zamanı müzakirə edilib.

Qeyd edək ki, görüş zamanı tərəflərin müzakirə mövzusu Bolqarıstan və Yunanıstanın bu iki şəhəri arasında dəmir yolu əlaqəsinin təkmilləşdirilməsi və elektrikləşdirilməsi ilə bağlı olub.

Bundan başqa, hər iki şəhərin meri Azərbaycan da daxil olmaq, Rusiya, Moldova, Ermənistanda Burqas və Aleksandrupolis arasında daşınacaq yüklər üçün birgə logistika mərkəzlərinin yaradılması barədə qərar qəbul ediblər.

Son xəbərlər

Orphus sistemi