Elmar Məmmədyarov: "Bolqarıstan Bakı-Tbilisi-Qars layihəsində iştirak etmək niyyətindədir"

Elmar Məmmədyarov: "Bolqarıstan Bakı-Tbilisi-Qars layihəsində iştirak etmək niyyətindədir" Azərbaycanla Bolqarıstan strateji tərəfdaşlıq sazışı çərçivəsində səmərəli əməkdaşlıq edirlər.
İnfrastruktur
24 İyun , 2019 15:05
Elmar Məmmədyarov: Bolqarıstan Bakı-Tbilisi-Qars layihəsində iştirak etmək niyyətindədir

Azərbaycanla Bolqarıstan strateji tərəfdaşlıq sazışı çərçivəsində səmərəli əməkdaşlıq edirlər.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstanın baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxaryeva ilə Bakıdakı birgə mətbuat konfransında Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

“Həmkarımla ölkələrimiz arasında əməkdaşlıq məsələlərini, o cümlədən siyasət və iqtisadiyyat sahələrində birgə fəaliyətləri müzakirə etdik. “Strateji əməkdaşlıq haqqında” saziş çərçivəsində əməkdaşlıq edirik”, - deyən E.Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələrdə Bolqarıstanın da yaxından iştirak etdiyini diqqətə çatdırıb.

“Burada söhbət ən mühüm enerji və nəqliyyat layihələrindən gedir. Belə ki, Cənub Qaz Dəhlizinin bir hissəsi Bolqarıstan ərazisindən keçir. Bolqarıstan həmçinin Bakı-Tbilisi-Qars layihəsində də iştirak etmək niyyətindədir”, - azərbaycanlı nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi