​Boğazın altından çəkilən 3 mərtəbəli tunelin keçid haqqı müəyyənləşib

​Boğazın altından çəkilən 3 mərtəbəli tunelin keçid haqqı müəyyənləşib Asfalt yolla gündə 200 min vasitə 2 mln. insan daşıya biləcək
İnfrastruktur
28 Fevral , 2015 18:12
​Boğazın altından çəkilən 3 mərtəbəli tunelin keçid haqqı müəyyənləşib

Bakı. 28 fevral. REPORT.AZ/ İstanbul boğazının altınadan keçməsi planlanan 3 hissəli balon keçidin istifadəsi ödənişli olacaq. Nazir Lütfi Elvan "Qiymətin 3-4 dolların ətrafında olacağını düşünürəm" deyib.

“Report” Türkiyə mediasına istinadən məlumat verir ki, İstanbula üç mərtəbəli balon keçid istehsalı layihəsinin detalları açıqlanıb. Hasdal Qovşağı ilə Ümraniye Qovşağını birləşdirəcək balon keçid körpüləri, relsli sistemləri və 3 havalimanını da bir-birinə bağlayacaq. Tikinti işlərinin 2020-də tamamlanması planlaşdırılır. Hər kəsin marağına səbəb olan məsələ isə boğazın altındakı tunelin keçid haqqının nə qədər olacağı idi.

Keçid ödənişiylə əlaqədar L. Elvan verdiyi açıqlamada işlərin davam etdiyini, keçidin sitifadə haqqının 3-4 dollar oalcağını vurğulayıb. Nazir bildirib ki, tunel 2019-cu ildə keçiriləcək seçkilərə qədər bitiriləcək. L. Elvan deyib ki, tuneldə salınacaq 31 km-lik metro xətti gündə 1,5 mln sərnişin daşıyacaq. Asfalt yolla gündə 200 min vasitə 2 mln. insan daşıya biləcək.

10 illik planlardan sonra hazır olan proyektdə relsli sistem və quru yolu xətti bir araya gələrək “tək balon keçid”də toplanacaq. Şəhərin Avropa və Asiya hissələrini boğazın altından bir-birinə bağlayacaq keçid dənizin 110 m altından keçəcək.

Son xəbərlər

Orphus sistemi