“Boeing”in proqram təminatında ciddi səhvlər aşkarlandı

“Boeing”in proqram təminatında ciddi səhvlər aşkarlandı “Starliner” kosmik gəmisinin buraxılışında yaranan probleminin səbəblərini araşdıran NASA mütəxəssisləri “Boeing” şirkəti tərəfindən hazırlanan gəminin proqram təminatında ciddi səhvlər aşkar edib.
İnfrastruktur
8 Fevral , 2020 15:51
“Boeing”in proqram təminatında ciddi səhvlər aşkarlandı

“Starliner” kosmik gəmisinin buraxılışında yaranan probleminin səbəblərini araşdıran NASA mütəxəssisləri “Boeing” şirkəti tərəfindən hazırlanan gəminin proqram təminatında ciddi səhvlər aşkar edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti agentliyin mütəxəssislərinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, şirkət indi kompüter sisteminin milyonlarla kod xəttini yoxlayır, bunun nə qədər vaxt alacağı bilinmir.

NASA-nın İnsan Araşdırmaları Departamentinin rəhbəri Duq Loverroun sözlərinə görə, gəminin proqram təminatındakı problemlə 346 nəfərin ölümü ilə nəticələnən iki “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması arasında əlaqə olub-olmaması hələlik bəlli deyil, ancaq gəminin “beynində” real pozuntular var.

“Hazırda proqramda neçə səhv olduğunu bilmirik. Bəlkə ikidir, bəlkə də yüzlərlə. Fakt budur ki, sənayenin bu sferası proqram təminatı hazırlanması işinin öhdəsindən çox pis gəlir”, - o deyib.

“Boeing” tərəfindən hazırlanan yeni “Starliner” kosmik gəmisi 13 ton ağırlığa malikdir. O, yeddi nəfərlik heyət üçün nəzərdə tutulub və 60 saat ərzində sərbəst uçuşa qadirdir.

Son xəbərlər

Orphus sistemi