BNA yol hərəkətini pozan sürücü ilə bağlı məlumatları Yol Polisinə təqdim edib

BNA yol hərəkətini pozan sürücü ilə bağlı məlumatları Yol Polisinə təqdim edib Bakı. 8 yanvar. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA ) yol hərəkəti qaydasını pozan sürücü ilə bağlı məlumatları Dövlət Yol Polisinə təqdim edib və onunla bağlı protokol tərtib edilib.
İnfrastruktur
8 Yanvar , 2019 16:54

Bakı. 8 yanvar. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA ) yol hərəkəti qaydasını pozan sürücü ilə bağlı məlumatları Dövlət Yol Polisinə təqdim edib və onunla bağlı protokol tərtib edilib.

Bu barədə “Report”a BNA-dan bildirilib.

BNA-dan verilən məlumatda qeyd olunur ki, 187 nömrəli müntəzəm marşrut xətti üzrə (Zirə qəsəbəsi-Koroğlu metrostansiyası) avtobusun sürücüsünün hərəkətdə olan zaman mobil telefondan istifadə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair məsələ nəzarətə götürülərək araşdırılıb : “Qayda pozan avtobus sürücüsünün Əliyev Natiq Babal oğlu olduğu müəyyən edilib.Törətdiyi xətalara görə barəsində müvafiq inzibati tədbirlərin görülməsi üçün sürücünün sənədləri və digər zəruri məlumatlar Dövlət Yol Polisinə təqdim edilib. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi (təhlükəsizlik kəmərini bağlamadan avtobusu idarə etdiyinə) və 342.6-cı maddəsinə (nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etdiyinə) görə sürücü Natiq Əliyevə qarşı inzibati xəta haqqında protokol tərtib edilib.

Məsələ ilə bağlı BNA tərəfindən daşıyıcı şirkətə də ciddi xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi