Bakı. 29 dekabr. REPORT.AZ/ Hazırda paytaxtın əksər küçə və prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq və tıxac müşahidə edilir.
Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, yollardakı mövcud vəziyyətlə əlaqədar bir çox marşrut xətləri üzrə avtobuslararası intervalda gecikmələr yaranıb. Həmin küçə və prospektlər aşağıdakılardır:
1. Tbilisi prospekti (hər iki istiqamət)
2. Akademik Həsən Əliyev küçəsi (hər iki istiqamət)
4. Afiyəddin Cəlilov küçəsi
5. Zərifə Əliyeva küçəsi
6. Azərbaycan prospekti
7. Bül-Bül prospekti
8. Abbasqulu ağa Bakıxanov küçəsi (Türkiyə səfirliyi istiqaməti)
9. Mikayıl Useynov prospekti (hər iki istiqamət)
10. Səməd Vurğun küçəsi (Zərifə Əliyeva küçəsi istiqaməti)
11. Azadlıq prospekti nisbətən
12. 28 May küçəsi
13. Xətai prospekti
14. İstiqlaliyyət küçəsi
15. Rəşid Behbudov küçəsi