Yuxarı

BNA: Paytaxtda zəbt edilmiş piyada səkiləri vətəndaşların ixtiyarına veriləcək

BNA: Paytaxtda zəbt edilmiş piyada səkiləri vətəndaşların ixtiyarına veriləcək
Dinlə

Bakı. 21 avqust. REPORT.AZ/ Paytaxtın əksər küçələrində piyada səkiləri zəbt edildiyi üçün sərnişinlər avtobus dayanacağına daxil olmaq üçün yolun hərəkət hissəsinə çıxmağa məcbur olur. 

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) infrastrukturun təşkili şöbəsinin müdiri Fuad İsmayılov bildirib. 

"Bu da vətəndaşların təhlükəsizliyi baxımından ciddi problemdir. Artıq BNA bu istiqamətdə işlərə başlanılıb. Məqsədimiz zəbt olunmuş səkilərin piyadaların ixtiyarına verilməsi, eləcə də səkilərin mövcud olmadığı yerlərdə yeni, standarta uyğun səkilər yaratmaqdır. Bunun üçün agentlik aidiyyətı dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir", - deyə o, qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi