Yuxarı

"​BMW"nin son modeli Azərbaycana sifarişlə gətiriləcək

Yeni avtomobil modelinin baza qiyməti 82 min avrodan başlayır

Bakı. 21 mart. REPORT.AZ/ "BMW Group" Şirkətlər Qrupu "plug-in" texnologiyası ilə hibrid olunan ilk avtomobil modelini təqdim edib. Bu, "BMW X5 xDrive40e" aktiv istirahət (Sports Activity Vehicle - SAV) edən ailələr üçün nəzərdə tutulan idman avtomobilidir.

“Report” xəbər verir ki, idman xarakterinə yiyələnmiş model "BMW TwinPower Turbo" texnologiyası, 230 kVt/313 a.g. hasilata malik güc qurğuları, 4 silindrli 2,0 litrlik benzin turbo-mühərriki və elektrik mühərrikindən ibarət hibrid qurğusu ilə təchiz edilib.

"BMW X5 xDrive40e" 3,3-3,4 litr orta yanacaq sərfiyyatı ve güç istehlakı 100 km-də 15,3-15,4 kV/saatdır. Avtomobilin çəkisi 2 230 kq müəyyənləşdirilib.

"MAX eDrive" avtomobili atmosferə zərərli tullantılar buraxmadan elektrik istehlak edir. Tam təmiz elektrik rejimində yüksək gərginlikli batareya enerji topladıqda, elektrik mühərriki hesabına avtomobil saatda 120 km sürətlə 31 km-ə qədər yol gedə bilir. Sürətlənmə 6,8 saniyə tələb edir, maksimum sürət isə 210 km-ə qədərdir.

Avtomobilin Azərbaycana gətirilməsi hələ ki, yalnız sifarişlə həyata keçiriləcək. Baza qiyməti benzinlə çalışan modellərdə 82 min avrodan, dizelli modellərsə isə 84 min avrodan başlayır. Komplektasiyalar birbaşa alıcının istəyi ilə ərsəyə gətirilir və sifariş qiyməti də ona uyğun müəyyənləşdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi