​Binəqədidə Ağasadıq Gəraybəyli küçəsində yol bağlanacaq

​Binəqədidə Ağasadıq Gəraybəyli küçəsində yol bağlanacaq Ərazidə təmir işləri aparılır
İnfrastruktur
15 İyul , 2015 12:33
​Binəqədidə Ağasadıq Gəraybəyli küçəsində yol bağlanacaq

Bakı. 15 iyul. REPORT.AZ/ Uzun müddətdir təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxan Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsində təmir-tikinti işlərinə başlanılıb. "Azeryolservis" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, küçənin uzunluğu 600 metr, ortalama eni isə 16 metrdir. Artıq küçədə köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır. Ümumilikdə küçənin 9 500 kv. metr ərazisinə yeni asflat-beton örtüyü döşənəcək.

A.Gəraybəyli küçəsində köhnə səki daşlarının dəyişdirilməsi də nəzərdə tutulub. Yol boyu zəruri olan yerlərdə təqribən 950 paqon metr yeni səki daşı düzüləcək. Bundan başqa təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.

Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Küçədə təmir işləri aparılan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə mədudlaşdırılacaq. 

Son xəbərlər

Orphus sistemi