Yuxarı
    Bağlamaq

    Binəqədi-Novxanı avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

    Yolun yalnız bir hissəsi hərəkət üçün açıq olacaq© Azeravtoyol.gov.az

    Bakı. 17 aprel. REPORT.AZ/ Abşeron rayonunda, Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq bu gecə yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

    "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, məhdudiyyət Binəqədi qəsəbəsindəki Mehdiabad və Novxanı yollarının kəsişməsində inşa olunan yeni dairədən başlayaraq Novxanı qəsəbəsindəki Corat və Masazır yollarının kəsişməsinə qədər olan hissədə tətbiq olunacaq.

    "Məhdudiyyət təmir işləri bitənədək qüvvədə saxlanılacaq. Sözügedən yolla hərəkət intensivliyi nəzərə alınaraq işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub. Sürücülərdən alternativ olaraq Novxanı-Masazır yolundan istifadə etməkləri tövsiyə olunur", - deyə məlumatda qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi