Bilgəhdə bəzi yollarda hərəkət məhdudlaşdırılıb

Bilgəhdə bəzi yollarda hərəkət məhdudlaşdırılıb Məhdudiyyət 19:00-dək davam edəcək
İnfrastruktur
14 İyun , 2015 09:40
Bilgəhdə bəzi yollarda hərəkət məhdudlaşdırılıb

Bakı. 14 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları ilə əlaqədar bu gün paytaxtın Bilgəh qəsəbəsində müəyyən avtomobil yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Zuğulba Yolu/Bakı Dairəvi II Dairə 1-dən Dairə 2-dək tam bağlanıb.

"Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi xəbərə görə, sürücülər Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və "Jumeirah Beach Hotel" dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilərlər. Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.

Məhdudiyyət 19:00-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi