Bilgəh yolu iki gün bağlı olacaq

Bilgəh yolu iki gün bağlı olacaq Zuğulba yolu iyunun 17-də saat 15:30-a qədər tam bağlı olacaq
İnfrastruktur
17 İyun , 2015 11:35
Bilgəh yolu iki gün bağlı olacaq

Bakı. 17 iyun. REPORT.AZ/ İyunun 17-18-də Bakı şəhərinin Bilgəh qəsəbəsində bəzi avtomobil yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. "Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən verdiyi məlumata görə, yolların bağlanmasına səbəb "Bakı 2015" I Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışının keçirilməsidir.

Məlumata görə, Zuğulba yolu iyunun 17-də saat 11:30-dan 15:30-a qədər tam bağlı olacaq.

İyunun 18-i isə Zuğulba Yolu Dairə 1-dən Dairə 2-yə qədər 05:30-dan 20:40-a kimi, Dairə 2-dən Dairə 3-ə qədər isə 06:30-dan 18:40-a kimi bağlı olacaq.

Son xəbərlər

Orphus sistemi