Biləsuvarda qəzalı vəziyyətə düşən körpü istifadəyə verilib - FOTO

Biləsuvarda qəzalı vəziyyətə düşən körpü istifadəyə verilib - FOTO Sürücülər bu ərazidən keçərkən çətinliklərlə üzləşirdilər
İnfrastruktur
26 Avqust , 2017 12:07
Biləsuvarda qəzalı vəziyyətə düşən körpü istifadəyə verilib - FOTO

Biləsuvar. 26 avqust. REPORT.AZ/ Biləsuvar rayonu ərazisində qəzalı vəziyyətə düşən körpü bu gün istifadəyə verilib.

"Report"un məlumatına görə, Ələt-Astara magistralının 91-ci kilometrliyində Biləsuvar rayonu ərazisindəki kollektor üzərində yerləşən körpünün qəzalı vəziyyətdə olması uzun müddət idi ki, həmin istiqamətlərdə nəqliyyatın hərəkətində problemlər yaradırdı. Sürücülər bu ərazidən keçərkən çətinliklərlə üzləşirdilər.

Qeyd edək ki, 1973-cü ildə inşa olunan yol qovşağı ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində yararsız vəziyyətə düşmüşdü. Ümumi uzunluğu 30 metr, eni 8 metr olan körpünün dayaq hissəsi sıradan çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi