Biləcəri-Keşlə dəmir yolunda texniki fasilə elan olunub

Biləcəri-Keşlə dəmir yolunda texniki fasilə elan olunub Bakı-Sumqayıt və Bakı-Yalama elektrik qatarlarına minik Biləcəri stansiyasında - “Meydan” adlanan tərəfdə aparılacaq
İnfrastruktur
22 Avqust , 2017 12:33
Biləcəri-Keşlə dəmir yolunda texniki fasilə elan olunub

Bakı. 22 avqust. REPORT.AZ/ Biləcəri-Keşlə dəmir yolunda aparılan təmir işləri ilə bağlı bu ərazidə 35 gün müddətinə texniki fasilə veriləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla əlaqədar olaraq, bu gündən sentyabrın 29-na qədər Bakıdan yola düşən ölkədaxili sərnişin qatarlarına, Bakı-Sumqayıt və Bakı-Yalama elektrik qatarlarına minik Biləcəri stansiyasında - “Meydan” adlanan tərəfdə aparılacaq.

Son xəbərlər

Orphus sistemi