Bakı. 14 iyul. REPORT.AZ/ Bakı-Ələt avtomobil yolunun “Bibiheybət” məscidindən şəhər mərkəzinə doğru olan istiqamətdə aparılan təmir işləri artıq yekunlaşıb. Yolun təmir olunmuş hissəsində nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Bu barədə "Report"a Nəqliyyat Nazirliyi “
Qeyd edək ki, təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərində asfalt-beton örtüyü qaşınaraq, yenisi ilə əvəz olunub. Təmir işləri qısa müddət ərzində keyfiyyətlə görülərək, yekunlaşdırılıb.