​"Bibiheybət" məscidindən şəhərə doğru gedən yol təmir olunub

​"Bibiheybət" məscidindən şəhərə doğru gedən yol təmir olunub Yolda asfalt beton örtüyü yenilənib
İnfrastruktur
14 İyul , 2015 14:25
​Bibiheybət məscidindən şəhərə doğru gedən yol təmir olunub

Bakı. 14 iyul. REPORT.AZ/ Bakı-Ələt avtomobil yolunun “Bibiheybət” məscidindən şəhər mərkəzinə doğru olan istiqamətdə aparılan təmir işləri artıq yekunlaşıb. Yolun təmir olunmuş hissəsində nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Bu barədə "Report"a Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

Qeyd edək ki, təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərində asfalt-beton örtüyü qaşınaraq, yenisi ilə əvəz olunub. Təmir işləri qısa müddət ərzində keyfiyyətlə görülərək, yekunlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi