Azərbaycan Beynəlxalq Dəmiryol Daşımaları haqqında Konvensiyaya qoşulub

Azərbaycan Beynəlxalq Dəmiryol Daşımaları haqqında Konvensiyaya qoşulub Təşkilatın rəhbəri Azərbaycanı nəinki bölgənin ən vacib ölkəsi, eləcə də bütövlükdə OTİF üçün mühüm ölkə hesab etdiklərini bildirib
İnfrastruktur
21 İyul , 2015 15:14
Azərbaycan Beynəlxalq Dəmiryol Daşımaları haqqında Konvensiyaya qoşulub

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı Azərbaycan Respublikasının “Beynəlxalq Dəmiryol Daşımaları haqqında Konvensiya”ya (KOTİF) qoşulması barədə sənədin əslini Dəmiryol ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatın (OTİF) baş katibi Fransua Davenə təqdim edib. Bu barədə  “Report”a Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən bildirilib.

Görüş zamanı tərəflər Azərbaycanın bu təşkilata üzv qəbul olunması prosedurunun OTİF-in prosedur qaydalarına uyğun olaraq tamamlanmasından sonra Azərbaycanla OTİF arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

F.Daven Azərbaycanın KOTİF-ə qoşulmasından şad olduqlarını, Azərbaycanı nəinki bölgənin ən vacib ölkəsi, eləcə də bütövlükdə OTİF üçün mühüm ölkə hesab etdiklərini, ölkənin bilavasitə təşəbbüsü və iştirakı ilə həyata keçirilən infrastruktur layihələrini, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişini yaxından izlədiklərini və bu layihəyə böyük önəm verdiklərini vurğulayıb.

F.Daven həmçinin 2015-ci ilin dekabr ayında Bakıda seminar təşkil etmək üçün Azərbaycan Nəqliyyat Nazirliyi ilə birlikdə çalışdıqlarını bildirib. O bu seminarda iştirak etmək üçün Bakıya səfər etməyi böyük səbirsizliklə gözlədiyini söyləyib.

Sonda F.Daven Azərbaycanın KOTİF-ə qoşulması barədə sənədin əslini təhvil almağına dair OTİF-in notasını səfir Ə.Zeynallıya təqdim efib.

Son xəbərlər

Orphus sistemi