Bakı. 16 dekabr. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində bu gün Bərgüşad-Müsüslü mənzilində 12,5 km yolun təmirinə start verilib. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Məlumata görə, təmir işləri on gün davam edəcək. Təmiri 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Belə ki, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.
Xatırladaq ki, 14 aprel 2015-ci il tarixində “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında saziş imzalanıb. Sazişə əsasən “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” həyata keçirilir.
Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 186 km dəmir yolu əsaslı təmir olunub.