Yuxarı
    Bağlamaq

    Bərdə və Yevlax sakinləri nazirdən şəhərdaxili marşrut avtobuslarının yenilənməsini istəyib

    Ziya Məmmədov Yevlax rayonunda vətəndaşlarla görüşüb

    Bakı. 30 dekabr. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov bu gün Yevlaxda qəbul keçirib. 

    Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qəbul zamanı Ağdam, Bərdə və Yevlax rayonlarından olan vətəndaşların müraciət, şikayət və təklifləri dinlənilib.

    Müraciətlər əsasən Ağdam avtovağzalının yaxınlığında qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi, Yevlax rayonunun Hacıselli-Havarlı-Varvara-Marzılı kəndlərinə əvvəllər işləmiş marşrut xəttinin bərpası və digər məsələlərlə bağlı olub. Həmçinin, Bərdə və Yevlax şəhərdaxili marşrut avtobuslarının yenilənməsinə köməklik göstərilməsi xahiş olunub. Vətəndaşlar Ağdam rayonu ərazisində kiçik tutumlu avtobuslarla sərnişindaşıma fəaliyyətinin yüksək səviyyədə təşkili, Bərdə və Yevlax rayonlarının nəqliyyat-yol kompleksində görülmüş işlərlə əlaqədar minnətdarlıqlarını ifadə ediblər.

    Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi