Belarus Minskdən Bakıya aviareysləri dayandırmaq istəyir

Belarus Minskdən Bakıya aviareysləri dayandırmaq istəyir Azərbaycan tərəfi bununla bağlı kompromisə getməyə hazırdır
İnfrastruktur
6 Aprel , 2016 13:36
Belarus Minskdən Bakıya aviareysləri dayandırmaq istəyir

Bakı. 6 aprel. REPORT. AZ/ Belarus tərəfi Minskdən Bakıya birbaşa aviareysləri dayandırmaq istəyir. Bununla bağlı Belarus tərəfindən "Azərbaycan Hava Yollar" QSC-yə (AZAL) rəsmi müraciət də edilib. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AZAL-ın vitse-prezidenti Arif Məmmədov bildirib.

"Biz uçuş qiymətlərini aşağı salmağa çalışırıq. Lakin bu gün Belarusdan məlumat almışıq ki, Azərbaycan biletləri çox ucuz satdığı üçün aprelin 15-dən Azərbaycandan Minskə uçuşlarını bağlamaq istəyir. Onlar bildirirlər ki, belə qiymətlər müəyyən etdikdə qarşı tərəflə də razılaşdırma aparılmalıdır. Rəqabət apardığınız şirkətə problem yaratmayın, əks halda biz uçuşları dayandıracağıq", - deyə A.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, AZAL bu problemin həll edilməsi məqsədilə Belarusun Azərbaycandakı səfirliyinə, Azərbaycan-Belarus Birgə Komissiyasına müraciət edəcək.

A.Məmmədov Azərbaycan tərəfi Belarusla razılıq əldə olunan zaman qiymətlərin yenidən bahalaşa biləcəyini istina etməyib: "Onlar qiymətlərin qalxmasına və ya əks halda uçuşlarına dayandırılmasına təkid edərlərsə, biz hansısa kompromisə getməli olacağıq".

Son xəbərlər

Orphus sistemi