Bayramla əlaqədar Bakı yollarında tıxac müşahidə olunmur

Bayramla əlaqədar Bakı yollarında tıxac müşahidə olunmur Bununla yanaşı, I Avropa Oyunları ilə əlaqədar növbəti təlim və sınaq tədbirləri ilə bağlı bəzi yollar bağlanacaq
İnfrastruktur
28 May , 2015 11:03
Bayramla əlaqədar Bakı yollarında tıxac müşahidə olunmur

Bakı. 28 may. REPORT.AZ/ Azərbaycanda bayram günü ilə əlaqədar hazırda Bakı şəhərinin yollarında tıxac müşahidə olunmur. Buna baxmayaraq bəzi yollarda nəqliyyatın hərəkətində az sıxlıq var.

"Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi xəbərə görə, hazırda Xətai və Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində az sıxlıq müşahidə olunur.

Mərkəzdən verilən məlumata əsasən, hazırda aparılan təmir işləri ilə əlaqədar Cavadxan küçəsi, Ş.Mehdiyev küçəsi (Haqverdiyev küçəsinə qədər), Badamdar küçəsi, Xudu Məmmədov küçəsi (M.Hadi küçəsi ilə kəsişməyə qədər), C. Məmmədquluzadə küçəsi (Ceyhun Səlimov küçəsi ilə kəsişməyə qədər) bağlıdır.

Qeyd edək ki, bu gün paytaxt ərazisində I Avropa Oyunları ilə əlaqədar növbəti təlim və sınaq tədbirlərinin keçirilməsi ilə bağlı tədbir tam başa çatanadək Neftçilər prospekti boyu otellərdəki qonaqların Heydər Əliyev Mərkəzinə doğru hərəkətinin müşayiəti və görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar “Azneft” dairəsi, Neftçilər prospekti, Azadlıq meydanı, Yusif Səfərov küçəsi, “10-cu zavod” dairəsi, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi, metronun “Koroğlu” stansiyası, Milli Olimpiya Stadionuna doğru nəqliyyat vasitələrinin istiqaməti dəyişdiriləcək.

“Azneft” dairəsindən Niyazi, İstiqlaliyyət, Lermontov, Mehdi Hüseyn küçələri və Parlament prospektinə, eləcə də Cavanşir körpüsündən Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq meydanı, Zərifə Əliyeva və Rəsul Rza küçələri nəqliyyatın hərəkəti üçün bağlanacaq. 

Son xəbərlər

Orphus sistemi