Bayramda Bakı metrosu gecə saatlarınadək işləyəcək

Bayramda Bakı metrosu gecə saatlarınadək işləyəcək Ehtiyac yaranacağı təqdirdə Metropoliten işini daha da uzada bilər
İnfrastruktur
29 Dekabr , 2015 12:19
Bayramda Bakı metrosu gecə saatlarınadək işləyəcək

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı Metropoliteni dekabrın 31-də gecə saat 01:00-dək işləyəcək. Bunu "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, bayram günlərində Metropoliten gücləndirilmiş iş rejimində işləyəcək.

"Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Metropoliten saat 01:00-dək, ehtiyac yaranarsa, daha da artıq işləyəcək. Çünki adətən, Milli Parkda keçirilən atəşfəşanlığı izləyənlərin sayı çox olur və sərnişinlər əsasən metrodan istifadəyə üstünlük verirlər", - deyə N.Paşayev əlavə edib.

Qeyd edək ki, adi günlərdə Bakı metrosu saat 06:00-dan 00:00-dək işləyir.

Son xəbərlər

Orphus sistemi