Yuxarı

Bayram günlərində dəmir yolu ilə 20 mindən çox sərnişin daşınıb

Bakı. 4 yanvar. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili ərəfəsində, həmçinin,istirahət günlərində gücləndirilmiş iş rejimində çalışıb.

Bu barədə “Report”a qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

Onun sözlərinə görə, bayram günlərində, dekabrın 27-dən etibarən 3 yanvar da daxil olmaqla, hər gün əlavə vaqonların qoşulması təmin edilib. Belə ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 82 vaqon qoşulub.

Qeyd edək ki, bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında 20 171 nəfər sərnişin daşınıb ki, bu da adi iş günlərində daşınan normadan xeyli çoxdur.

Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə günaşırı, Bakıdan 30.12.2018-ci il tarixdən etibarən ayın cüt günlərində, Gəncədən isə 31.12.2018-ci il tarixdən etibarən ayın tək günlərində “Stadler Rail Group” şirkətinin istehsalı olan KİSS markalı ikimərtəbəli 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı təyin edilib. İşə düşdüyü gündən bu günə qədər sözügedən qatarla 309 sərnişin daşınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi