Bayram günlərində Bakının əsas yollarında təmir işləri aparılacaq

Bayram günlərində Bakının əsas yollarında təmir işləri aparılacaq "Azəryolservis" bayram günlərində də təmir-bərpa işlərini davam etdirəcək
İnfrastruktur
19 Mart , 2015 12:38
Bayram günlərində Bakının əsas yollarında təmir işləri aparılacaq

Bakı. 19 mart. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq. İş günləri ilə müqayisədə bayram günlərində nəqliyyat vasitələrinin sayının azlığı nəzərə alınaraq, həyata keçirilən işlərlə yanaşı, digər ərazilərdə nəzərdə tutulan işlər davam etdiriləcək. Bu haqda "Report"a "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən bildirilib.

Məlumata görə, bunların sırasında Heydər Əliyev Mərkəzinin qarşısından Bakı Baş Polis İdarəsinə qədər olan hissədə asfalt-beton örtüyünün üst qatının yenilənməsi, Ziya Bünyadov prospektinin Azadlıq və Atatürk prospektləri ilə kəsişməsində yerləşən yolötürücülərin Xutor dairəsindən Böyük Şor istiqamətinə olan hissəsində temperatur tikişlərinin dəyişdirilməsi və hazırda həyata keçirilən digər işlərdir.

Bundan əlavə, bayram günlərində "Azəryolservis"in mərkəzi aparatında 24 saat ərzində fəaliyyət göstərən növbətçilər avtomobil yollarındakı vəziyyət və görülən işləri qeydə alacaqlar. Məlumat vermək məqsədilə 012-493-76-17, 012-499-79-14 nömrələrinə zəng vuraraq növbətçilərlə əlaqə saxlamaq olar. 

Son xəbərlər

Orphus sistemi