Bayram günlərində avtobuslar gecə saat 01:00-ə qədər işləyəcək

Bayram günlərində avtobuslar gecə saat 01:00-ə qədər işləyəcək Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib. Bu barədə “Report”a BNA-nın sektor müdiri Mais Ağayev məlumat verib.
İnfrastruktur
29 Dekabr , 2017 14:48
Bayram günlərində avtobuslar gecə saat 01:00-ə qədər işləyəcək

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib. Bu barədə “Report”a BNA-nın sektor müdiri Mais Ağayev məlumat verib.

Məlumata görə, BNA-nın göstərişinə əsasən, bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar 31 dekabr-2 yanvar tarixlərində saat 01:00-ə qədər xidmət göstərəcək.

Son xəbərlər

Orphus sistemi